Tbilisinin "Ana dili bağı"nda “Yeni il kəndi”nin təntənəli açılışı baş tutub.
Modern.az gürcü mediasına istinadən xəbər verir ki, açılış mərasimində uşaq musiqi proqramları nümayiş etdirilib.
Açılış mərasimi həmçinin, "Hərəkat Teatrının", animatorların, elflərin, cizgi film qəhrəmanları personajlarının nümayişləri ilə davam etdirilib.
Qeyd edək ki, “Yeni il kəndi” yanvarın 14-də böyük musiqi şousu ilə bağlanacaq.