Əfqanıstanda ciddi quraqlıq kənd təsərrüfatını iflic edib.
Modern.az Əfqanıstanın "AAMAJ" dövlət agentliyinə istinadən xəbər verir ki, yağışın yağmaması onsuz da gündəlik qida çatışmazlığı yaşayan və əsasən kənd təsərrüfatı ilə məşğul olan əfqanların həyatını çətinləşdirib.
Quraqlığın tezliklə bitməsi və yağışın yağmasını arzu edən Qəndəhar şəhərinin sakinləri bir araya gələrək yağış namazı qılıb, dualar ediblər.
Mənbə: Aamaj News