Modern.az

Yəməndən raket hücumu: 2 ölü

Yəməndən raket hücumu: 2 ölü

Aktual

26 Dekabr 2021, 14:14

Yəməndəkı husi qiyamçılarının Səudiyyə Ərəbistanının Cəzan əyalətindəki Səmtah qəsəbəsinə edilən raket hücumu nəticəsində iki mülki şəxsin həlak olduğu, yeddi nəfərin isə yaralandığı bildirilir.

 


Modern.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, raket hücumu nəticəsində qəsəbədəki mülki obyektlərə də ciddi ziyan dəyib. Mülki müdafiə dəstələri dağıntıların miqyasını dəqiqləşdirir.

 

 

 

Səudiyyə Ərəbistanı bu hücumun mülki əhaliyə qarşı törədilmiş terror aktı olduğunu bəyan edib.
İnsan tələfatı ilə nəticələnən raket hücumu Körfəzin ərəb dövlətləri, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən də terror aktı kimi qiymətləndirilib. Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək üçün daha ciddi addımlar atılacağını bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı