Modern.az

Çayın daha bir faydası...

Çayın daha bir faydası...

Aktual

16 Yanvar 2022, 12:36

Qərbi Avstraliya Universitetinin alimləri hipertoniyanın öhdəsindən gəlməyə kömək edən içkinin adını açıqlayıblar.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onların açıqlamasına görə, bu qara çaydır. Alimlərin araşdırmasına görə bu içki təzyiqi aşağı salmağa kömək edir. Bu barədə “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqalədə deyilir. Tədqiqatçılar bu içkinin yüksək qan təzyiqi olan kişi və qadınlara təsirini araşdırıblar. Təcrübə iştirakçıları üç stəkan qara çay və tərkibində kofein olan, lakin flavonoidlər (təbii rənglər) olmayan başqa içki içiblər.

 

 

Təcrübənin ilk günündə, üç və altı aydan sonra təzyiq göstəriciləri qiymətləndirilib.

 

Nəticədə məlum olub ki, qara çay ikinci içki ilə müqayisədə yuxarı və aşağı təzyiqə daha çox təsir edir.

 

Tədqiqatın nəticələri göstərir ki, qara çayın tərkibində kofeindən başqa bir komponent gecə saatlarında qan təzyiqinin dəyişmə sürətinə təsir göstərə bilər.

 

 

Qeyd edək ki, çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldur. Əgər XIX əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdüsə, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, alkaloidlər, flavonoidlər, vitaminlər və sairləri aiddir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı