Modern.az

Korrupsiyaya təkan verən meydan daralır

Korrupsiyaya təkan verən meydan daralır

Aktual

16 Yanvar 2022, 15:01

Müstəqilliyini bərpa etdiyi illərdən sonrakı dövrlərdə  Azərbaycan inkişaf etməkdə olan dövlət olmasına baxmayaraq, onun maliyyə imkanları sürətlə artmağa başlamışdır.

 

 

Müstəqilliyinin ilk illərində dövlət büdcəsinin gəlirləri 1,5 milyon manatdan qalxaraq 2013-cü ildə Azərbaycanın büdcə gəlirləri 19496 milyon manata çatmışhdır. Hal-hazırda  Milli Məclisdə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edilmişdir ki, bütün dünyada koronavirus pandemiyasının davam etməsinə və iqtisadi inkişafda baş verən durğunluğun davam etməsinə baxmayaraq, Respublikamızın büdcə xərcləri ilk dəfə olaraq 30 milyard manata yaxınlaşmışdır. Dövlətin büdcə xərclərinin artması onun  iqtisadi vəziyyətinin yüksəlişinin göstəricisidir və təbii ki, ictimai vəsaitin sürətlə artması özü ilə bərabər, ciddi korrupsiya riskləri də gətirir. Ölkədə bazar münasibətlərinin və fərdi sahibkarlığın inkişafı yeni qanunların yaranmasına, müxtəlif məmur - vətəndaş münasibətlərinin formalaşmasına səbəb olur ki, bu da vəziyyətdən sui-istifadə etmək cəhdləri və imkanlarını  artırır, korrupsiya və rüşvət kimi mənfi davranış üçün meydan yaratmış olur. İqtisadi imkanların genişlənməsi ilə əlaqədar olaraq, müasir dövrdə korrupsiyanın da geniş yayılması  cəmiyyətləri mənəvi deqradasiyaya sürükləməklə     yanaşı, gəlirlərin ədalətsiz paylaşmasında və bundan irəli gələn daha ciddi problemlərin meydana gəlməsinə səbəb ola, cəmiyyətdə, dövlətçilikdə və eyni zamanda, ictimai davranışda qarşısıalınmaz fəsadlar törədə bilər.

 

 

Bu problem milli maraqları, dövlətçiliyi, beynəlxalq münasibətləri, iqtisadi və sosial sferanı, hökumət-vətəndaş münasibətlərini daim təzyiq altında saxlamaqla təbii inkişafı əngəlləyir. Məhz buna görə müasir cəmiyyətlərdə korrupsiya və rüşvətlə mübarizə prioritet məsələlərdən biri hesab edilir. Sağlam cəmiyyətin inkişafı üçün  atılan addımların muhum amillərindən biri korrupsiyaya təkan verən meydanı daraltmaqdır. Burada ictimai nəzarətin mühüm rolunu nəzərə almaq və onu gücləndirmək lazımdır. Belə ki, informasiyaların sürətlə yayılmasına geniş imkan verən sosial şəbəkə və texnologiyalar müasir  dövrdə  ictimai nəzarət üçün münbit şərait yaratmışdır və belə bir vəziyyət korrupsiyaya meyilli məmurları cinayət xarakterli işlərdən çəkindirməyə təsir göstərir.

 

 

 

Hər bir sahədə olduğu kimi, ictimai nəzarətdə də peşəkar fəaliyyət daha mühüm nəticələr verə bilər və bu cəhətdən media nümayəndələrinin bu sahədəki fəaliyyətinin böyük rolu var. Eyni zamanda, bu, dövlətin korrupsiya ilə bağlı strategiyası sayəsində əldə edilir. Respublikamızda artıq  ictimai nəzarətin konkret institusional formatı mövcuddur. 2012-ci ildən Azərbaycan Respublikasının bütün sahələrində -  iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində tətbiq edilən «ASAN xidmət» korrupsiya ilə mübarizədə artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət” şəbəkəsinin fəaliyyəti nəticəsində məmur-vətəndaş təmasları, demək olar ki, minimuma endirilmişdir və bu da bilavasitə korrupsiya imkanlarını daraldır. Hal-hazırda əhalinin elə bir sosial təbəqəsi yoxdur ki, “ASAN xidmət”dən yararlanmasın və ya bu xidmətin effektivliyini inkar etsin. Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində “ASAN xidmət”in səmərəli fəaliyyətinin əhali tərəfindən məmnunluqla qəbul edildiyini bildirmiş və buna görə də cəmiyyətin bütün sahələrində tətbiq edilməsinin məqsədəuyğunluğunu vurğulamışdır.

 

 

 

Ölkə başçısı «ASAN xidmət»in bilavasitə Azərbaycanda yaradılmış institutsional qurum olduğuna və onun səmərəliliyinin əməli sübut edildiyinə diqqət yönəltmiş və bu barədə demişdir: «ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir".

 


Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı