Modern.az

Kubok oyunu yarımçıq dayandırıldı

Kubok oyunu yarımçıq dayandırıldı

Aktual

16 Yanvar 2022, 15:11

İspaniya kubokunun 1/8 finalında keçirilən “Betis” - “Sevilya” matçı yarımçıq dayandırılıb.

 

Modern.az xəbər verir ki, ilk hissənin sonlarında - hesab 1:1 olduğu vaxt “Betis” azarkeşləri meydana kənar əşyalar atıblar.

 

Nəticədə qonaq komandanın yarımmüdafiəçisi Joan Jordan başından xəsarət alıb. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirməyib. Qarşılaşmanın yenidən keçiriləcəyi və ya meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi barədə məlumat yoxdur. 

 

 

Qeyd edək ki, 1/8  final mərhələsi bir oyundan ibarətdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı