Modern.az

Park Bulvar-ın Facebook səhifəsi hakerlər tərəfindən hücuma məruz qalıb

Park Bulvar-ın Facebook səhifəsi hakerlər tərəfindən hücuma məruz qalıb

Aktual

26 Dekabr 2012, 15:16

Bakının  iri ticarət obyektlərindən biri Park Bulvar AVM-in Facebook səhifəsi hakerlərin hücumuna məruz qalıb. Fan page  səhifənin 110 minə yaxın üzvü olub. Park Bulvar AVM-dən bildiriblər ki, Facebook Müştəri Xidmətlərinə olunan müraciətdən sonra səhifə 24 saatlıq diaktiv olunub. Bununla əlaqədar olaraq Park Bulvar AVM-in son yenilikləri və aksiyaları barədə məlumatları  //www.parkbulvar.az/index.php saytından öyrənə biləcəksiniz. 
“Rəsmi olaraq bildirilir ki, Park Bulvar AVM-in Facebook səhifəsi Park Bulvar adminləri tərəfindən idarə olunmur və səhifədə yerləşdiriləcək hər hansı bir məlumata görə məsuliyyət daşımırıq. Eyni zamanda Park Bulvar AVM-in PR meneceri Günay Malikqızının Facebook səhifəsi də hakerlərin hücumuna məruz qalıb”-deyə Park Bulvardan verilən açıqlamada bildirilib. 
Qeyd olunur ki, hazırda araşdırma aparılır və haker hücumunun aradan qaldırılmasına çalışılır.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı