Modern.az

Azərbaycana işləməyə gələn əcnəbilərlə bağlı KVOTA

Azərbaycana işləməyə gələn əcnəbilərlə bağlı KVOTA

Aktual

18 Yanvar 2022, 11:34

Azərbaycana işləmək məqsədilə gəlmək istəyən əcnəbilərlə bağlı kvota açıqlanıb.

 

Modern.az-ın məlumatıan görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) 2021-ci il ərzində fəaliyyətinə dair keçirilən mətbuat konfransında qurumun sədri Vüsal Hüseynov bildirib.

 

V. Hüseynovun sözlərinə görə, bu il üçün 8 740 nəfərin ölkəmizə işləməyə gəlməsi nəzərdə tutulub.

 

Qurum sədri onu da qeyd edib ki, əcnəbi işçi qüvvəsinin maksimum sayı barədə kvota komissiya tərəfindən qəbul edilir və bunu Nazirlər Kabineti təsdiq edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır