Türkiyə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə 13,7 mln ABŞ dolları xərcləməyi nəzərdə tutur.
Modern.az xəbər verir ki, uzunluğu 92 km olacaq və ildə 500 mln. kubmetr qaz nəql edəcək qaz kəmərinin tikintisinə bu il start veriləcək.
Türkiyə bu il kəmərin tikintisinə 7,4 mln sərf edəcək. Ümumi məbləğin qalan hissəsi 2023-cü ildə xərclənəcək.