Modern.az

Füzuli aeroportuna müntəzəm aviareyslər açılacaq

Füzuli aeroportuna müntəzəm aviareyslər açılacaq

Aktual

18 Yanvar 2022, 13:40

Füzuli beynəlxalq hava limanına müntəzəm aviareyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.

 

Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

 

"Bu gün həmin hava limanına müntəzəm aviareyslər həyata keçirilmir. Füzuli beynəlxalq hava limanı müntəzəm reyslərin qəbuluna başlayandan sonra avtobusların hərəkətinin aviareyslərə uyğun uzlaşdırılması təmin olunacaq", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!