Almaniyanın xarici işlər naziri Annalena Berbok rusiyalı həmkarı Sergey Lavrovla danışıqlara başlamazdan əvvəl Moskva ilə Berlin arasında yaxşı və sabit münasibətlərə alternativin olmadığını bildirib.
Modern.az xəbər verir ki, nazirlər bu gün münasibətlərə kölgə salan mövzuları müzakirə edəcəklər.
“Səfərimin yeni federal hökumət və şəxsən mənim üçün nə qədər vacib olduğunu vurğulamaq istərdim. Moskva ilə Berlin arasında yaxşı və sabit münasibətlərin alternativi yoxdur. Amma tapşırıq üzərinə işimi davam etdirmək istəyirəm. Mən burada bütün federal hökumət adından çıxış edirəm”,- Annalena Berbok bildirib.