Modern.az

"Qış Qartalı" - Türkiyə ordusu əməliyyat keçirdi

Aktual

2 Fevral 2022, 07:27

Türkiyə Hərbi Hava Qüvvələri İraqın və Suriyanın şimalında baza kimi istifadə etdikləri Derik, Sincar və Karacak rayonlarında PKK/KCK/YPG terrorçularına qarşı "Qış Qartalı" hava əməliyyatı keçirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Naziriliyi xəbər verib.

 

Məlumata əsasən, terrorçuların istifadə etdiyi sığınacaqlara, anbarlara, mağaralara, tunellərə, silah-sursat anbarlarına, habelə silahlıların "qərargahı" və təlim düşərgələrinə hücumlar təşkil olunub.

 

Əməliyyat zamanı əsasən yerli istehsal olan sursatlardan istifadə edildiyi qeyd edilib. Döyüş tapşırığını yerinə yetirdikdən sonra bütün təyyarələr sağ-salamat öz aerodromlarına qayıdıblar.

 

Nazirlik vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qətiyyətli mübarizəni davam etdirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı