Modern.az

ABŞ Şimali Koreyanı düşmən saymır

ABŞ Şimali Koreyanı düşmən saymır

Aktual

13 Fevral 2022, 10:11

ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə ilkin şərt olmadan dialoqa açıqdır və ona qarşı heç bir düşmən niyyəti yoxdur.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

 

"Mən vurğulamaq istəyirəm ki, bizim KXDR-ə qarşı heç bir düşmən niyyətimiz yoxdur. Pxenyan bu yolu seçərsə, biz ilkin şərt olmadan dialoqa açıq qalırıq", - deyə dövlət katibi bildirib.

 

Eyni zamanda o, Şimali Koreyanın yeni raket sınağı həyata keçirəcəyinə şübhə etməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı