Modern.az

COVID Ermənistanda daha 10 nəfəri öldürdü

COVID Ermənistanda daha 10 nəfəri öldürdü

Aktual

13 Fevral 2022, 12:12

Ermənistanda son sutkada daha 1574 nəfərdə COVID-19 aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 406 379-ə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 8167-yə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 574 nəfərdir. İndiyədək 373 306 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 23 333 aktiv koronavirus xəstəsi var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı