Modern.az

Gəncə Dövlət Universitetinin tələbələrinə sertifikatlar verilib

Gəncə Dövlət Universitetinin tələbələrinə sertifikatlar verilib

Aktual

25 Fevral 2022, 12:40

Gəncə Dövlət Universitetində “Open science Azərbaycan: gənc tədqiqatçılar arasında open science platformasının təbliği” adlı layihə çərçivəsində seminar keçirilib.

 

Modern.az xəbər verir ki, seminarı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə açaraq keçirilən bu seminarın gənc tədqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov  layihənin qısa təqdimatını verdikdən sonra Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti, dosent Ruslan Rəhimli “Open  Science-elmin inkişafı üçün yeni konsepsiyalar” və “Tədqiqatçılar arasında beynəlxalq elmi platformaların təşviqi” mövzularında çıxış edib.

 

Seminarın sonunda iştirakçı tələbələrə sertifikatlar verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı