Ukraynanın paytaxtı Kiyevdə hökumət binası yaxınlığında atışma səsləri eşidilir.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" informasiya agentliyi məlumat yayıb.
Hazırda Rusiya və Ukrayna hərbçiləri arasında qızğın döyüşlərin getdiyi bildirilir. Məlumata görə, rus qoşunları Kiyevi ələ keçirməyə çalışır.
Hökumət binası yaxınlığında döyüşlərin getməsi barədə hələlik rəsmi açıqlama verilməyib. Kiyevdə vəziyyətin gərgin olduğu bildirilir.
Fatma Abdulla