Prezident Volodimir Zelenski Yuri Lebedi Ukrayna Milli Qvardiyasının komandanı təyin edib.
Modern.az xəbər verir ki, müvafiq sərəncam bu gün prezidentin saytında dərc olunub.
Yuri Lebed buna kimi Milli Qvardiyanın komandanının müavini olub, o, bu vəzifəyə 2019-cu ilin iyununda başlayıb.
Xatırladaq ki, yanvarın 28-də prezident Volodimir Zelenski Milli Qvardiyanın komandiri, general-polkovnik Nikolay Balanı vəzifəsindən azad edib. Komandirin səlahiyyətlərini müvəqqəti olaraq Yuri Lebed icra edirdi.