Modern.az

Deputatlar QDİƏT Parlament Məclisinin komitə iclasında

Deputatlar QDİƏT Parlament Məclisinin komitə iclasında

Aktual

6 Aprel 2022, 16:54

Aprelin 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 58-ci iclası keçirilib.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, videokonfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.

 

QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyevin moderatorluq etdiyi iclasda təşkilatın cari işləri və qarşıdakı tədbirləri barədə məlumat verilib, komitənin 57-cı iclasının protokolu təsdiqlənib, növbəti 59-cu iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...