Modern.az

Baydendən Rusiyaya qarşı yeni sanksiyalar

Baydendən Rusiyaya qarşı yeni sanksiyalar

Aktual

7 Aprel 2022, 08:24

ABŞ Prezidenti Co Bayden Rusiya iqtisadiyyatına yeni sərmayələrin qoyulmasını və bu ölkədə bəzi şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Fərman ABŞ-dan və Birləşmiş Ştatların hər hansı bir şəxsi tərəfindən, harada yerləşməsindən asılı olmayaraq, istənilən kateqoriya xidmətlərin ixracını, satışını və tədarükünü məhdudlaşdırır.

 

Sənəd, həmçinin ABŞ-dan olan hər hansı şəxs tərəfindən Rusiya Federasiyasına yeni investisiyaların qadağasını rəsmiləşdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı