Modern.az

Şəhid Şahin Babaxanovun məzarı ziyarət olunub - FOTO

Şəhid Şahin Babaxanovun məzarı ziyarət olunub - FOTO

Aktual

7 Aprel 2022, 09:27

Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatı 1-ci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış leytenant Babaxanov Şahin Zülfüqar oğlunun ildönümü ilə əlaqədar Gəncə şəhərinin “Şəhidlər Xiyabanın”da məzarını ziyarət edib əziz xatirəsini ehtiramla yad ediblər.

 

Modern.az xəbər verir ki, Şəhid Babaxanov Şahin 05 may 1964-cü ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuyan Şahin vətənpərvərliyi ilə də diğərlərinə nümunə olub. O, hərbi xidmətini Sovet ordusu sıralarında odlu-alovlu Əfqanıstan Respublikasında keçib. Şahin Babaxanov Azərbaycan Politexnik İnistitunun tələbəsi olduğu vaxt Ermənistan silahlı birləşmələri ölkəmizə qarşı təxribatlara başlamışdır. 1993-cü ilidə Şahin bir qurup tələbə yoldaşları ilə könüllü olaraq cəbhəyə yola düşüb. Aprelin dördündən beşinə keçən gecə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları Qənaət Əsgərov, Elçin Salahov, Habil Məmmədov, Şəhidin qardaşı və bacıları işdirak ediblər. Şəhidin bacısı Məleykə Babaxanova göstərilən dövlət qayğısından danışaraq, Ali Baş Komandan möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əiyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı