Modern.az

De Byazi MİLLİMİZ HAQDA: "Ruhumu qorxaq komandaya verə bilmərəm"

De Byazi MİLLİMİZ HAQDA:

Aktual

7 Aprel 2022, 10:26

“Azərbaycan yığması ilə Malta və Latviyaya qarşı oyunlarda uduzsaq da, yeni sistemi sınadıq”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi italiyalı jurnalistin suallarını cavablandırarkən deyib.

 

Baş məşqçi komandada çatışmazlıqlar olduğunu vurğulayıb:

 

"Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm. Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

 

De Byazi Millətlər Liqasında keçirəcəkləri oyunlardan danışarkən, yığmalarla bağlı problemlər olduğunu diqqətə çatdırıb:

"12 gün ərzində Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edəcək futbolçularım belə yoxdur. Bəzi şeylər bizi təəccübləndirir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı