Avstraliyanın xarici işlər naziri Maris Peyn Ukraynaya görə 67 rusiyalıya qarşı yeni sanksiyalar elan edib.
Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyi cümə axşamı məlumat yayıb.
"Bu gün mən Rusiya elitasının və oliqarxının 67 üzvünə qarşı əlavə sanksiyalar elan edirəm", - Peyn bildirib.
Avstraliyada Rusiyaya bahalı malların, o cümlədən zərgərlik, qızıl, şərab, nəqliyyat vasitələri, xəz və digər məhsulların tədarükünə qadağa da cümə axşamı qüvvəyə minib.
Aprelin 25-dən Rusiya Federasiyası və Belarusdan ölkəyə bütün malların idxalına 35% əlavə rüsum tətbiq ediləcək, Rusiyadan neft və neft məhsulları, təbii qaz, kömür və digər enerji resurslarının idxalı dayandırılacaq.
Avstraliya ümumilikdə Rusiya Federasiyasından olan 500-ə yaxın şəxsə, o cümlədən bir çox oliqarxlara, eləcə də onlarla təşkilata qarşı sanksiya tətbiq edib.