Modern.az

Güləş Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi - SİYAHI

Güləş Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi - SİYAHI

Aktual

9 Aprel 2022, 20:18

Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar Ümumi Yığıncağı keçirilib.


Modern.az xəbər verir ki, federasiyanın prezidenti Mikayıl Cabbarovun sədrliyilə keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.

 

Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İK-ya üzv seçilib.


Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:


1. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti


2. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti


3. Namiq Abdullayev - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü


4. Fərid Mansurov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü


5. Vasif Məmmədov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı