Fransada keçirilən prezident seçkilərində verilmiş səslərin 100% hesablanması başa çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı prezident Emmanuel Makron və onun əsas rəqibi Marine Le Pen ikinci tura vəsiqə qazanıblar.
Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səs toplayıb. Milli Birlik Partiyasının lideri Marine Le Pen 23,15% səs yığıb.
Fransa prezidenti postu uğrunda seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.