Modern.az

Sənan Qurbanov istefa verdi

Sənan Qurbanov istefa verdi

Aktual

15 Aprel 2022, 22:07

"Şamaxı" klubunun baş məşqçisi Sənan Qurbanov istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə S.Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

 

"Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq, getməyə qərar verdim. Gələcək oyunlarda "Şamaxı"ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil", - deyə o qərarını açıqlayıb.

 

Qeyd edək ki, Sənan Qurbanov 2021-ci ildən "Şamaxı"nı çalışdırırdı. Onun komandası hazırda Premyer Liqada 20 xalla 6-cı pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı