
Politoloq Zərdüşt Əlizadə Əkrəm Əylisli ətrafında baş verən hadisələrin Ziyalılar Forumunun işinə mənfi təsir edəcəyi ilə bağlı iddiaları Modern.az-a şərh edib.Onun fikrincə, Ziyalılar Forumu bunda sonra da öz işini görəcək, Əkrəm Əylisli ilə bağlı hadisələr onların işinə təsir etməyəcək:
"“Daş yuxular” əsəri ilə Azərbaycanda böyük qəzəbə düçar olan yazıçının yaradıcılığı Ziyalılar Forumunun işinə, onlar prezident seçkiləri ilə bağlı irəli sürdüyü strateji planlara mənfi təsir göstərməməlidir"-deyə politoloq bildirib.
“Əkrəm Əylisli hakimiyyəti tənqid etməsəydi, buna heç kim fikir də verməzdi. Digər tərəfdən Ziyalılar Forumu təkcə Əkrəm Əylislidən ibarət deyil. Orda başqaları da var. Mən bir söz deyim ki, bu hadisələrdən sonra ağıllı adamların ona hörməti daha da artdı. Ziyalılar Forumu bundan sonra da öz işini görəcək, hesab edirəm ki, Əkrəm Əylislinin ətrafında baş verən hadisələr onların işlərinə mənfi təsir göstərməyəcək”,-deyə Z.Əlizadə bildirib.
Anar RÜSTƏMOV