Modern.az

Fransa Ukraynaya hərbi yardımı artırır

Fransa Ukraynaya hərbi yardımı artırır

Aktual

23 Aprel 2022, 09:52

Fransa Ukraynaya hərbi yardımı gücləndirir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "Ouest France" nəşrinə müsahibəsində deyib.

 

Makron qeyd edib ki, ölkəsi "Milan" tank əleyhinə raket komplekslərini və "CAESAR" özüyeriyən artilleriya sistemlərini Kiyevə ötürür. Fransa lideri silahların Ukraynaya verilmə tarixini açıqlamayıb.

 

Emmanuel Makron Fransa prezidentliyinə namizədlər arasında teledebatda deyib ki, yenidən seçiləcəyi təqdirdə, Ukraynaya dəstək və Rusiyaya təzyiq göstərməyə davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı