Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə DTX tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində pul vəsaiti köçürülüb.