Modern.az

İranda generalın oğlu ÖLDÜRÜLDÜ

İranda generalın oğlu ÖLDÜRÜLDÜ

Aktual

23 Aprel 2022, 16:04

İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan əyalətindəki bölmələrindən birinin komandan müavini general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, Mahmud Absalan əyalətin administrativ mərkəzi Zahedan şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yaxınlığından keçən avtomobildən atəşə tutulub. O, hücum nəticəsində dünyasını dəyişib.

 

Qeyd edək ki, Mahmud Absalan İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından birinin mühafizəçisi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı