Modern.az

Ronaldo tarixə düşdü

Ronaldo tarixə düşdü

Aktual

23 Aprel 2022, 16:50

Kriştiano Ronaldo İspaniya və İngiltərə çempionatlarının hər ikisində 100 qol səddini adlayan ilk oyunçu kimi futbol tarixinə düşüb.

 

Modern.az-ın məlumatına görə, portuqaliyalı ulduz futbolçu Premyer Liqanın XXXIV turunun “Arsenal” – “Mançester Yunayted” matçının 34-cü dəqiqəsində fərqlənib.

 

Kriştiano 0:2 hesabı ilə geridə olan komandasının fərqi azaltmasına kömək edib. Vurduğu qolla komandasını ümidləndirən Ronaldo bununla da İngiltərə çempionatında 100-cü dəfə fərqlənib.

 

Qeyd edək ki, Ronaldo İngiltərədə “Mançester Yunayted”, İspaniyada “Real”ın formasını geyinib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı