Modern.az

Türkiyə səfiri ADU-nun qonağı oldu - FOTOLAR

Türkiyə səfiri ADU-nun qonağı oldu - FOTOLAR

Aktual

29 Aprel 2022, 17:18

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

 

Modern.az xəbər verir ki, Universitetin rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu deyib, onu “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib. Akademik Kamal Abdulla bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının Türkiyə universitetləri ilə sıx əlaqəsi var. 

 

Görüşdə Erasmus+ və Mövlana proqramları ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda ADU-nun tələbələrinin və müəllimlərinin Türkiyə universitetlərində təcrübə keçmək məsələsi, “Azərbaycan multikulturalizmi” fənninin Türkiyə universitetlərində tədrisi müzakirə olunub.

 

Səfir iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb, Türkiyədən gələn tələbələrin ADU-da təhsil almasını yüksək dəyərləndirib. “Səfir saatı”nda tələbələrlə görüşməyi məmniyyətlə qəbul edən diplomat səslənən təklifləri müsbət dəyərləndirib və əlaqədar qurumlarla danışıqlar aparacağını diqqətə çatdırıb.

 

Türkiyənin Azərbaycandakı səfiri ADU-nun qonağı oldu - FOTOLARTürkiyənin Azərbaycandakı səfiri ADU-nun qonağı oldu - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı