Bu gün saat 11:00 radələrində "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, bu səbəbdən sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
Onun sözlərinə görə, qatar depoya göndərilib, əvəzinə qatar verilib:
"Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq".