Modern.az

Ötən il siyasi partiyalara 3.8 milyon manat verilib

Ötən il siyasi partiyalara 3.8 milyon manat verilib

Aktual

21 May 2022, 17:47

2021-ci ildə VI çağırış Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 2020-ci illə müqayisədə 6,2 faiz çox vəsait xərclənib.

 

Modern.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

 

Hesabatda qeyd edilir ki, 2021-ci ilin dövlət büdcəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 3,8 milyon manat məbləğində maliyyə yardımı ayrılıb ki, bu da 2020-ci illə müqayisədə 0,2 milyon manat və ya 6,2 faiz çoxdur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı