Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən İsveçin Baş naziri Maqdalena Andersson danışıqlarla bağlı bir sıra açıqlamalar verib.
Modern.az qardaş ölkə mediasına istinadən xəbər verir ki, xarici işlər naziri Türkiyə ilə ikitərəfli əlaqələrin güclənməsini səbirsizliklə gözlədiklərini ifadə edib.
Maqdalena Andersson bildirib ki, ölkəsi PKK-nın terrorçu təşkilatların siyahısına salınmasını açıq şəkildə dəstəkləyir:
"Biz Türkiyə ilə əlaqələrimizi möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Əlaqələrimizin gücləndirilməsini dörd gözlə gözləyirik".