Ukraynada daha bir mədəniyyət müəssisəsi Rusiya qoşunları tərəfindən dağıdılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusu Svyatoqorskidəki musiqi məktəbinə hücum edib.
Vilayətin qubernatoru Pavel Kirilenko məlumatı təsdiqləyib.
“2016-cı ildə Yaponiya hökuməti bu məktəbi təmir etməkdə bizə kömək etdi. Ruslar onu xarabalığa çevirdilər”, - deyə qubernator bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya ordusu raket zərbəsi ilə Lozova şəhərində mədəniyyət evinə raketli hücum həyata keçirib. Nəticədə aralarında 11 yaşlı qız olmaqla yeddi nəfər yaralanıb.