Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistin "Saakaşvili xaricə müalicə üçün göndəriləcəkmi" sualına cavab verib.
Modern.az gürcü mediasına istinadən xəbər verir ki, Baş nazir bunun qanunla mümkünsüz olduğunu bildirib.
Qaribaşvili qeyd edib ki, qanunlara və konstitusiyaya sadiqdir, eks-prezident ölkədən çıxarılmayacaq:
"Xeyr! O, xaricə aparılmayacaq. Bu, qanun və konstitusiya ilə müəyyən edilir. Mən qanuna və konstitusiyaya əməl edirəm!”.
Xatırladaq ki, sabiq prezident Mixail Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə həbs edilib. Eks-prezident Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. Onun sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir.