Modern.az

“Meymun çiçəyi”nə yoluxanların sayı 90-ı ötdü

“Meymun çiçəyi”nə yoluxanların sayı 90-ı ötdü

Aktual

22 May 2022, 11:17

Ümumdünya Səhiyyə Təşkilatına "Meymun çiçəyi" xəstəliyinə 92 təsdiqlənmiş, 28 şübhəli yoluxma halı barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsində bildirilib.

 

Məlumata görə, yoluxma hallarına dünyanın 12 ölkəsində rast gəlinib.

 

Qeyd olunub ki, "Meymun çiçəyi" xəstəliyinin endemik olduğu bölgələrə səyahətlə yoluxmalar arasında hər hansı əlaqə müəyyən edilməyib.

 

Bundan öncə İsrail, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...