Modern.az

Qısqanc ər arvadını qətlə yetirdi

Qısqanc ər arvadını qətlə yetirdi

Aktual

22 May 2022, 12:49

Gürcüstanın paytaxtı Tbilisinin Quramişvili prospektində gənc qadını əri qısqanclıq zəminində qətlə yetirib.

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən 1983-cü il təvəllüdlü şəxs, Tbilisi şəhərinin Quramişvili prospektində, ictimai nəqliyyatda qısqanclıq zəminində 1991-ci il təvəllüdlü həyat yoldaşına soyuq silahla çoxsaylı xəsarətlər yetirib. Qadın hadisə yerində dünyasını dəyişib.

 

Hüquq-mühafizə orqanları cinayətdə təqsirləndirilən şəxsi saxlayıblar.

 

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “V” bəndi əsasında istintaq başladılıb.

 

Cinayəti törədən 1983-cü il təvəllüdlü şəxsi 13 ildən 17 ilə qədər həbs cəzası gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı