Modern.az

Naftalanda Ekologiya Nazirliyi işçilərinin peşə bayramı günü qeyd olunub

Naftalanda Ekologiya Nazirliyi işçilərinin peşə bayramı günü qeyd olunub

Aktual

23 May 2022, 15:00

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə ŞİHB müavini Arzu Məmmədov, ARETSN 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri və  nümayədələri, şəhərin bir sıra  idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən ŞİHB müavini Ekoloqları peşə bayramları münasibətilə təbrik edərək nazirliyin yaranma tarixininin ümummilli lider Heydər Əliyevin adıyla bağlı olduğunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edildiyini diqqətə çatdırb.

 

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji tarazlığın bərpa edilməsi, yaşıllıqların artırılması istiqamətində mühüm işlər görüldüyünü və bu işlərin şəhərimizdə də uğurla davam etdirildiyini qeyd edərək bildirib ki, son dövrlərdə şəhərin müxtəlif ərazilərində yaşıllıqların artırılması məqsədilə 10 mindən çox müxtəlif növ ağaclar, həmişə yaşıl bitkilər, dekorativ gül kolları əkilib və bu işlər mərhələli şəkildə davam etdirilir.

 

10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Ceyhun Hüseynov ölkə Prezidenti cənab İlham Əliyevin təbiətin qorunması ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, milli parkların təşkili istiqamətində görülmüş mühüm işlərdən, birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən uğurlu  layihələrdən danışaraq qeyd edib ki, hazırda yeni meşə sahələri və yaşıllıqlar salınması, qiymətli ağac və kol cinslərinin artırılması, təbii sərvətlərin bərpasının təmin edilməsi, mühafizəsi sahəsində işləri uğurla davam etdirilir.

 

Tədbirdən sonra  “Qələbə” parkında müxtəlif növ ağaclar əkilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı