Modern.az

Hava xəbərdarlığı - Güclü külək əsəcək

Hava xəbərdarlığı - Güclü külək əsəcək

Aktual

23 May 2022, 15:30

Bakıda və Abşeron yarımadasında mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib.

 

Azərbaycanın rayonlarında isə mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı