Modern.az

Verilişə gedərkən itkin düşən 82 yaşlı qadın TAPILDI

Verilişə gedərkən itkin düşən 82 yaşlı qadın TAPILDI

Aktual

23 May 2022, 18:24

Tovuzdan Bakıya verilişə gələrkən itkin düşən 82 yaşlı qadın tapılıb.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Tovuzun Hunanlar kənd sakini Firuzə Yusifovanın Bakı şəhərində olduğu yer müəyyən edilib. 

 

DİN rəsmisi vurğulayıb ki, qadın gün ərzində ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, Tovuz rayonunun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı