Modern.az

Delimitasiya üzrə ekspert qrupu yaradılır - RƏSMİ

Delimitasiya üzrə ekspert qrupu yaradılır - RƏSMİ

Aktual

23 May 2022, 19:16

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.

 

Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...