Modern.az

Ermənistan da delimitasiya komissiyası YARATDI

Ermənistan da delimitasiya komissiyası YARATDI

Aktual

23 May 2022, 19:36

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan fərman imzalayıb.

 

Komissiyaya Paşinyanın müavini Mher Qriqoryan rəhbərlik edəcək.

 

Bundan əlavə, komissiyaya xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hovannes Harutyunyan daxil edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...