Modern.az

Ərdoğan Yunanıstan lideri ilə görüşdən İMTİNA ETDİ

Ərdoğan Yunanıstan lideri ilə görüşdən İMTİNA ETDİ

Aktual

23 May 2022, 22:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşdən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

 

Ərdoğan qeyd edib ki, buna səbəb Baş nazirin ABŞ senatında Türkiyənin əleyinə danışması, Vaşinqtonu F-16-ları Ankaraya satmamağa çağırması olub.

 

“Biz bu il strateji şuranın iclasını həyata keçirməliydik. Amma mənim üçün artıq Mitsotakis deyə kimsə yoxdur. Özü ilə də belə bir görüşün keçirilməsini əsla qəbul etmirəm", - deyə Ərdoğan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı