Modern.az

Rusiya-Ukrayna müharibəsinin ilk cinayətkarı - 21 yaşlı Vadim kimdir?

Rusiya-Ukrayna müharibəsinin ilk cinayətkarı - 21 yaşlı Vadim kimdir?

Aktual

24 May 2022, 10:40

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi müdaxilədən sonra müharibə cinayəti ilə bağlı Ukraynada ilk məhkəmə keçirilib. 21 yaşlı çavuş Vadim Şişimarin ukraynalı mülki vətəndaşı öldürməkdə təqsirli bilinən ilk rus əsgəri olub. 

 

Modern.az xəbər verir ki, sibirli təkər ustası Vadim bundan sonra ömrünün qalan hissəsini həbsxanada keçirəcək.

 

21 yaşlı rus əsgəri dünən sonuncu dəfə 62 yaşlı mülki Aleksandr Şelipovun silahsız olmasına baxmayaraq, qəsdən öldürülməsində ittiham olunduğu iş üzrə məhkəmə qarşısına çıxıb. Paytaxt Kiyevdə keçirilən məhkəmədə sualları rus tərcüməçi vasitəsilə cavablandıran Şişimarin ömürlük həbsə məhkum edilib. Müttəhim kürsüsündə oturan Şişimarin məhkəməni səssizcə izləyib və o hökm oxunarkən heç bir reaksiya verməyib.

 



Məhkəmə sənədlərinə görə, 17 oktyabr 2000-ci ildə Sibirinin İrkutk şəhərində anadan olan Vadim Şişimarin üç il əvvəl hərbi xidmətə çağırılıb. Xidmətini başa vuran gənc paytaxt Moskvada təkər təmiri sexində işlədikdən sonra müqavilə əsasında aylıq 30 min rubl (852 manat) maaşla orduya qayıdıb.

 

Şişimarin işğaldan əvvəl - fevralın 11-də anası ilə sonuncu dəfə əlaqə saxlaya bilib. Həmin vaxt ailəsinə zəng edən gənc əsgər “Ana, telefonum bir müddət sönülü olacaq. Komandirlər bizdən telefonları yığır” deyib. 

 

 

Gənc hərbçi Ukraynanın ilk işğalı günü sərhədi keçərək, Sumi şəhəri istiqamətində hərəkət etməyə başlayıb. Onlar sərhəddən təxminən 20 kilometr içəri daxil olarkən karvan Ukrayna ordusunun hədəfinə tuş gəlib. Məhkəmədə həmin  andan etibarən baş verən hadisələri izah edən Şişimarin bildirib ki, cəbhə qüvvələrinə çatmaq üçün 3 əsgərin olduğu avtomobili qaçırıblar və fevralın 28-də 62 yaşlı Şelipovu evinin qarşısında telefonla danışarkən görüblər.

 

"Komandirimiz bizə mülki adamın yerimizi açıqlaya biləcəyi təqdirdə zərərsizləşdirməyimizi əmr edib. O mülki şəxsi öldürdüyümü qəbul edirəm. Mən başqa cür hərəkət edə bilərdim. Ancaq mənə atmaq əmri verildi. Həyat yoldaşından bağışlanmağı diləyirəm” - əsir götürülən rusiyalı gənc deyib.


62 yaşlı Şelipovun arvadı məhkəməyə gələrək, rus əsgərə ən ağır cəzanın verilməsini tələb edib.

 

“Sən bu ölkəyə niyə gəlmisən? Bizi qorumaq üçün, məni öldürdüyün ərimdən qorudun? Ona çox yazığım gəldi, amma onu bağışlaya bilmərəm",- mərhumun arvadı Şelipova bildirib.

 

 

Həbs olunan əsgərin anası Rusiyanın “Meduza” nəşrinə adının gizli qalması şərti ilə açıqlama verib.

 

“Oğlumun günahsız insanı öldürəcəyinə inanmıram. Vadim mənim böyük oğlumdur. Mən onun əsgərliyə getməsinə etiraz etdim. Ukraynaya getməsindən xəbərimiz olmayıb. Onun qatil olduğuna inanmıram”, - rus qadın oğlunun həbsindən söz açıb.

 

Ukrayna dövlətinin Vadim Şişimarini müdafiə etmək üçün təyin etdiyi vəkil bildirib ki, məhkəmə prosesi zamanı heç bir Rusiya rəsmisi mühakimə olunan əsgərlə əlaqə saxlamayıb. 

 

Beləliklə, məhkəmənin qərarı ilə Vadim Şişimarin ömrünün sonunadək həbsxana həyatı yaşamalı olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı