Modern.az

Həcc ziyarəti üçün kvota və qiymət bilindi - RƏSMİ

Həcc ziyarəti üçün kvota və qiymət bilindi - RƏSMİ

Aktual

24 May 2022, 14:47

Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

 

Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb:

 

“Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.

 

Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir:

 

“Eyni zamanda iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı