Modern.az

Putin müharibə əmrini belə verib - “Nahara kimi tərəddüd içində idi”

Putin müharibə əmrini belə verib - “Nahara kimi tərəddüd içində idi”

Aktual

24 May 2022, 15:30

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı hücumla bağlı yekun qərarı müharibənin başlamasından təxminən 13 saat əvvəl verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

 

"Putin fevralın 23-ü saat 15:00 radələrində hərbi əməliyyatların başlaması ilə bağlı yekun qərarı verib. O, nahara qədər hələ də müəyyən tərəddüdlər içində idi, hazırlıqlar haqqında düşünürdü. Həmin tarixə qədər istənilən variantdan istifadə edə bilərdi. Putin bu qərarı şəxsən verib. Qərarın qəbuluna heç kimin böyük təsiri olmayıb", - Budanov vurğulayıb.

 

Baş Kəşfiyyat İdarəsinin rəisi hesab edir ki, müharibə başlayan gün Putin bütün qrupların komandirləri ilə şəxsən əlaqə saxlayıb, başlamağa hazır olmaq barədə rəsmi hesabatı dinləyib və hərbi təcavüzə başlamaq əmrini  verib.

 

"O, xəstədir, nə düşündüyünü bilmir. Müharibəyə hazırlanırdı və əsas o idi ki, cəmiyyətdə çaxnaşma səpilməsin. Məhz buna nail olunub", - deyə Budanov bildirib.

 

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı geninmiqyaslı hərbi əməliyyatlara başlayıb. Moskva Ukraynanı qısa müddətdə ələ keçirməyə çalışsa da, bu plan baş tutmadı. Artıq 3 aydır iki ölkə arasında qanlı döyüşlər davam edir. 

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Rusiya ordusu bu günə qədər 29 350-dən çox hərbçisini itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı