Modern.az

Türk dövlətlərinin ombudsmanları Şuşada

Türk dövlətlərinin ombudsmanları Şuşada

Aktual

24 May 2022, 18:31

Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ombudsmanları və milli insan hüquqları təsisatlarının rəhbərləri, parlament nümayəndələri Şuşa şəhərinə səfər edib.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Qonaqlar Şuşa şəhərinin Ermənistan işğalı altında saxlandığı müddət ərzində Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini irs nümunələrinin dağıdılması və təhqir edilməsi faktları ilə yerində tanış olaraq Ombudsman Səbinə Əliyeva tərəfindən məlumatlandırılıblar.

 

Qeyd edək ki, mayın 24-25-də bakıda Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” adlı beynəlxalq konfrans keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı