Rusiya və İran mümkün qədər milli valyutalarda hesablaşmalara keçmək barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Mümkün qədər milli valyutalarda hesablaşmalara keçmək barədə razılığa gəlmişik. Bu gün Mərkəzi banklarla birlikdə maliyyə fəaliyyəti, həmçinin ödəniş kartlarının qoşulması və əməliyyat imkanlarını müzakirə etməyimiz vacibdir”,- nazir müavini bildirib.
Novak həmçinin qeyd edib ki, İran Mərkəzi Bankı və Maliyyə Nazirliyinin nümayəndələrinin yaxın vaxtlarda Moskvaya səfəri gözlənilir və onlar Rusiya ilə əməkdaşlığı müzakirə etməyə davam edəcəklər.