Modern.az

Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO

Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO

Aktual

26 May 2022, 00:27

ABŞ Prezidenti Co Bayden Azərbaycana səfir namizədini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Bayden Mark Libbinin ABŞ-ın Bakıdakı səfiri postuna namizədliyini irəli sürüb.

 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatacaq.

 

Nazir-müşaviri rütbəsinə sahib olan Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır.

 

Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı